Alarna MMC 1C dəstək xidməti üzrə mütəxəssis axtarır

İşəgötürən: Alarna MMC
Vakansiya: 1C Dəstək xidməti üzrə mütəxəssis
Son tarix: 29 may 2022
İş haqqında:
-Böyük ERP layihələrində iştirak
-1C:KA2 və 1C: ERP 2-nin inteqrasiyasında iştirak və sonradan dəstək xidmətinin göstərilməsi
-1C konfiqurasiyalarının müştəri tələblərinə uyğunlaşdırılmasında əməkdaşlıq
-1C:Enterprise 8.3 platforması əsasında sistemin inkişafına cəlb olunması
-Mövcud sistemlərin dəstəklənməsi
Tələblər:
-Kompüter texnologiyaları və ya iqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi
-1C:Enterprise 8.3 proqramlaşdırma bacarıqları (mövcud konfiqurasiyaların sonrakı inkişafı, xarici hesabatların və emalların işlənməsi);
-Sistem üzrə dəstək sahəsində ən azı 2 və daha artıq il müvafiq təcrübə
-Standart konfiqurasiyalardan birində biliklər (1C:KА 2, 1C:ERP 2);
-Böyük verilənlərlə iş bilikləri;
-Güclü şəxsi təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları
-Komanda rəhbərliyi təcrübəsi
-Tipik konfiqurasiyalar arasında məlumat mübadiləsi mexanizmlərinin iş prinsiplərini başa düşmək.
-Qeyri-standart konfiqurasiyaların işlənib hazırlanması, yenilənməsi təcrübəsi.
-Ticarət avadanlıqları – kassa aparatları, barkod skanerləri və s. ilə təcrübə.
-1C – in sahəvi (və ya qeyri-sahəvi) konfiqurasiyalar haqqında biliklər
Üstünlük verilir:
-1C və Microsoft sertifikatlarının olması arzuolunandır
-Bir və ya bir neçə aparıcı ERP proqram təminatının tətbiqi təcrübəsi
-Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti (istənilən digər dillər üstünlükdür);
Digər şərtlər:
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat.
-Sınaq müddəti 3 ay.
-İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-18:00.
CV-nizi [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 8 saat, 12 dəq
-
15 saat, 52 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 16 saat, 1 dəq
- 16 saat, 2 dəq
- 16 saat, 4 dəq