AFB Bank rəqəmsal bankçılıq üzrə baş mütəxəssis axtarır

İşəgötürən: AFB Bank
Vakansiya: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis
Son tarix: 12 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Nami̇zədə dai̇r Tələblər:
-Ali təhsil;
-Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
-Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
-MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
-Analitik düşünmə qabiliyyəti;
-Yüksək səviyyədə təqdimat bacarığı;
-Məsuliyyətlilik, dəqiqlik və operativlik;
-Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
İşi̇n təsvi̇ri̇:
-Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
-İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
-Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
-İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
-Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
-Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
-Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
-Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
-Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;
-Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
- 5 saat, 33 dəq
- 4 gün, 9 saat, 35 dəq
- 4 gün, 15 saat, 16 dəq
- 4 gün, 15 saat, 20 dəq
- 4 gün, 15 saat, 26 dəq