ABB ASC şəbəkə üzrə inzibatçı axtarır

Mütəxəssis


İşəgötürən: ABB ASC

Vakansiya: Şəbəkə üzrə inzibatçı

Son tarix: 26 may 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

-Şəbəkə avadanlıqlarını sazlamaq və idarə etmək;

-IP telefoniya sistemlərini (Contact Centre, Cisco Jabber), korporativ çatı idarə etmək və dəstəkləmək;

-Cisco IP telefoniya ilə əlaqəli serverləri idarə etmək və dəstəkləmək;

-Cisco UC sistemlərinin virtuallaşdırılması ilə bağlı infrastrukturu idarə etmək və dəstəkləmək;

-Şəbəkə avadanlıqlarını fiziki quraşdırmaq, dəyişdirmək və qoşmaq;

-Kabellər, şəbəkə yuvaları və s. ilə bağlı fiziki işləri yerinə yetirməkdir. 

Bizim üçün uyğun namizəd:

-Ali təhsilə;

-Istiqamət üzrə minimum iki il iş təcrübəsinə; 

-Konvergent İP şəbəkələri WLAN, WAN/MAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklərə və tətbiq bacarıqlarına;

-Qurulu Komutatorlar (Stackable Switches), Şassi Komutatorlar (Chassis Switches), Korporativ marşrutlayıcılılar (Enterprise routers), Kiçik məsafəli marşrutlayıcılar (Small remote routers) kimi şəbəkə avadanlıqları haqqında əsaslı texniki bilik və tətbiq bacarıqlarına;

-BGP, TCP/IP, DHCP, EiGRP, OSPF kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklərə və onların tətbiqi bacarıqlarına;

-MPLS, VPNs, ISDN, SD WAN,VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklərə və onların tətbiqi bacarıqlarına;

-Zəng Mərkəzi (Call Center Voice Applications (for ex: UCCX)), Səs Tətbiqləri eləcə də İnteraktiv Səsli Cavab (skriptlərinin (IVR scripting) yazılımı daxil olmaqla) sahəsində peşəkar biliklərə və təcrübəyə;

-Cisco CUCM;  UCCX; CUP; Voice Gateways including: 43XX,44XX SIP/E1, PSTN telco lines üzrə bilik və təcrübəyə;

-Şəbəkə Topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübəyə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]