ABB ASC korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis axtarır

Mütəxəssis

ABB ASC


İşəgötürən: ABB ASC

Vakansiya: Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Son tarix: 18 sentyabr 2022

Görəcəyiniz işlər:

-Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;

-Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;

-Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;

-Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

-Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);

-Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;

-CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;

-Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;

-MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;

-Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link


©️ 2022

070 231 45 70

[email protected]