Bank Respublika ASC kiçik və orta biznes kreditləri üzrə mütəxəssis axtarır (Şəki)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Şəki)
Son tarix: 20 sentyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
-Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
-Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
-Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
-Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
-Biznes analizlərin aparılması.
Namizədə qarşı tələblər:
-Ali təhsil;
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
-Yüksək səviyyədə satış etmək bacarığı;
-Korporativ müştərilərlə işləmək bacarığı;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 sentyabr 2022-ci il tarixinədək emailin mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Şəki) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 13 saat, 57 dəq
- 3 ay, 6 gün, 15 saat, 50 dəq
- 6 ay, 1 həftə, 4 gün, 10 saat, 35 dəq
-
6 ay, 3 həftə, 2 gün, 6 saat, 6 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 14 saat, 4 dəq