PASHA Insurance əməliyyat risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis axtarır
İşəgötürən: PASHA Insurance
Vakansiya: Əməliyyat risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis
Son tarix: 06 sentyabr 2022
Vəzifə və Öhdəliklər:
-Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
-Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
-Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və bunun əsasında risk xəritəsini hazırlamaq;
-Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
-Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
-Risk iştahının hazırlanmasında iştirak etmək;
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
-Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
-İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
-Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
-Təhsil: İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat;
-Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
-Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:
-Təqdimat bacarıqları;
-Komandada işləmək bacarığı;
-Yaxşı ünsiyyət bacarığı;
-Məntiqi və analitik düşüncə;
-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
-Stresə davamlılıq;
-Təşəbbüskarlıq;
-Məqsədyönlülük;
-Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 05.09.2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 3 saat, 55 dəq
- 3 ay, 1 həftə, 5 gün, 5 saat, 48 dəq
- 6 ay, 2 həftə, 3 gün, 33 dəq
-
6 ay, 4 həftə, 20 saat, 4 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 4 saat, 2 dəq