“Araz” əmək haqqı üzrə mütəxəssis axtarır

Mütəxəssis


Araz Supermarketlər Şəbəkəsi ” Əmək haqqı üzrə mütəxəssis ” vakansiyası üzrə işə qəbul elan edir.
Tələblər :
– Ali təhsil;
– İş təcrübəsi: 1 ildən yuxarı;
– MS Office bilikləri;
– Əmək məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
– Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri :
– Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
– İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;
– Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
– Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
– Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
– Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
– Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Əmək haqqı üzrə mütəxəssis ” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]