eManat ödəniş sistemlərinin idarə olunması şöbəsinin mütəxəssisi axtarır
İşəgötürən: eManat
Vakansiya: Ödəniş sistemlərinin İdarə Olunması şöbəsinin mütəxəssisi
Son tarix: 09 sentyabr 2022
Namizədə qoyulan tələblər:
-Ali təhsil;
-Ən azı 3 il iş təcrübəsi;
-Azərbaycan dili- mükəmməl
-İngilis dili – yaxşı
-Rus dili – yaxşı
Texniki tələblər:
-Riyazi, alqoritmik və məntiqi düşüncə qabiliyyəti
-C#, Java, JavaScript və ya Python proqramlaşdırma dillərindən ən azı biri ilə 1 ildən çox təcrübə.
-İdarəetmə metodogiyaları barədə ümumi məlumat (Kanban, Scrum və s.) və tapşırıqların idarə edilməsi alətləri ilə tanışlıq (Jira, Trello)
-Git versiya kontrol sistemi ilə təcrübə.
-Web Servislər barədə geniş məlumat (SOAP, REST API)
-İnformasiya transfer protokolları ilə bağlı təcrübə və biliklər (HTTP(S), FTP)
-Məlumat mübadiləsi formatlarını bilmək (JSON, XML və s.)
-RDBMS SQL bilikləri
Vəzifə öhdəlikləri:
-Sistemin arxitekturasını, işləmə prinsipini dərindən anlamaq.
-Təkrarlanan proseslərin avtomatlaşdırılması barədə həllər təqdim etmək, köməkçi alətlər hazırlamaq
-Daxil olan sorğu əsasında terminal proqram təminatının yenilənməsi.
-Sistem proseslərinin analiz edilməsi, insidentlərin aşkarlanması, həll yollarının tapılması və sənədləşdirilməsi
-Sistem üzrə proseslərin analizi, terminal və mərkəzi sistemin loqlarının analizi.
-Verilənlər bazasından tələb olunan məlumatların əldə edilməsi və analizi.
-Ödəmə sistemləri üzrə admin interfeysinin idarə edilməsi
-Texniki tapşırıqların oxunması və təqdim edilmiş proqram təminatı kodları ilə qarşılaşdırılması
-Komandanın birgə layihələrində yaxından iştirak
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Ödəniş sistemlərinin İdarə Olunması şöbəsinin mütəxəssisi” yazılmalıdır.
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 13 saat, 25 dəq
- 3 ay, 2 həftə, 1 gün, 15 saat, 18 dəq
- 6 ay, 2 həftə, 6 gün, 10 saat, 3 dəq
-
7 ay, 1 gün, 5 saat, 34 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 13 saat, 32 dəq