Daxili nəzarət və komplayens departamentinə mütəxəssis/aparıcı mütəxəssis axtarılır
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix: 01 sentyabr 2022
Vəzifəyə olan tələblər:
-İqtisadiyyat ixtisası üzrə təhsil;
-Analitik qabiliyyət (yoxlama senariləri yaza biləcək səviyyə);
-MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri;
-Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – yaxşı;
-Bank sektorunda iş təcrübəsi – minimum 2 il.
Vəzifə öhdəlikləri:
-Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
-Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
-Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
-Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
-Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
-Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 5 saat, 2 dəq
- 3 ay, 1 həftə, 5 gün, 6 saat, 55 dəq
- 6 ay, 2 həftə, 3 gün, 1 saat, 40 dəq
-
6 ay, 4 həftə, 21 saat, 11 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 5 saat, 9 dəq