Vakansiya: Tender və satış üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Dəniz – Servis MMC

Vakansiya: Tender və satış üzrə mütəxəssis

Son tarix: 06 avqust 2022

Görəcəyiniz işlər:

-Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;

-Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;

-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;

-Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi; 

-Tender zamanı şirkəti təmsil etmək; 

-Müqavilələr üzrə danışıqların aparılması; 

-Tender və kotirovka protokollarının hazırlanması; 

-Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq;

-Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək;  

Namizədə tələblər:

-Ali təhsilli, 

-Tender sahəsində 1-3 il təcrübəsi olmalı şərtdir. 

-Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli, 

-Ofis texnikası ilə işləmə bacarığı, 

-Microsoft Office proqramlarını bilməlidir, 

-Səliqəli, punktual, xoş görünüşlü, 

-Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı 

-Fikrini izah etmək qabiliyyəti; 

-Ünsiyyət yaratmaq bacarığı; 

-İşə planlı yanaşması; 

Əlavə məlumat:

-Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

-İş qrafiki: 5 gün

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Tender və satış üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]