AzerGold CJSC strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində baş mütəxəssis axtarır
İşəgötürən: AzerGold CJSC
Vakansiya: Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində baş mütəxəssis
Son tarix: 23 iyul 2022
Əsas vəzifə və öhdəliklər:
-Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
-Layihə planlama işlərinin həyata keçirilməsi;
-Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
-Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
-Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
-Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
-Maliyyə modellərinin hazırlanması və təhlili;
-Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
-Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
-Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
-Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
-İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
-PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
-Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 23 saat, 45 dəq
- 3 ay, 2 həftə, 2 gün, 1 saat, 38 dəq
- 6 ay, 2 həftə, 6 gün, 20 saat, 23 dəq
-
7 ay, 1 gün, 15 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 23 saat, 52 dəq