Kontakt Home satınalma üzrə aparıcı mütəxəssis axtarır
İşəgötürən: Kontakt Home
Vakansiya: Satınalma üzrə aparıcı mütəxəssis
Son tarix: 17 iyul 2022
Vəzifə öhdəlikləri:
-Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi;
-Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması;
-Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi;
-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
-Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi;
-Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması.
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
-Mebel sahəsi üzrə təcrübə arzu olunandır;
-Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi arzu olunandır;
-Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
-Satınalma üzrə vacib olan hüquqi biliklər;
-Komanda ilə işləmək bacarığı;
-Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 4 saat, 40 dəq
- 3 ay, 6 gün, 6 saat, 33 dəq
- 6 ay, 1 həftə, 4 gün, 1 saat, 18 dəq
-
6 ay, 3 həftə, 1 gün, 20 saat, 49 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 4 saat, 47 dəq