Bakcell pərakəndə satış üzrə mütəxəssis axtarır (Bərdə)
İşəgötürən: Bakcell
Vakansiya: Retail Sales Specialist (Barda)
Son tarix: 31 may 2022
Yalnız Bərdə şəhərində yaşayan namizədlər nəzərə alınacaqdır.
Vakansiya haqqında:
Funksiya: B2C Satış
İş qrafiki: Standart
İş yeri: Bərdə
Son müraciət tarixi: 30.05.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Gündəlik olaraq diler və subdiler şəbəkəsini ziyarət etmək, tabeçiliyində olan şəbəkəni daim genişləndirmək
-Rəhbərlik tərəfindən təyin olunmuş hədəflərin və digər müvafiq tapşırıqların dilerlər tərəfindən yerinə yetirilməsinə lazımi dəstək göstərmək
-Müvafiq bazar araşdırmaları və təhlillər aparmaq
-Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
-Dilerlərin satış məntəqələrinin şirkət standartlarına uyğunluğunu təmin etmək
-Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
-Müvafiq hesabatlar hazırlamaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Ali təhsil
-Pərakəndə satış sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
-Hesabatlar və təqdimatlar hazırlama bacarığı
-Detallara diqqət yetirmə qabiliyyəti
-Qərar qəbul etmə bacarığı
-Danışıqlar apara bilmək qabiliyyəti
-Nəticə yönümlü
-Azərbaycan dilini səlis bilmək
-MS Office Proqramlarını bilmək
-‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis (Bərdə)” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır..
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 4 gün, 10 saat, 24 dəq
- 3 ay, 1 həftə, 4 gün, 12 saat, 17 dəq
- 6 ay, 2 həftə, 2 gün, 7 saat, 2 dəq
-
6 ay, 4 həftə, 2 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 gün, 10 saat, 31 dəq