Dövlət şirkəti satınalma və logistika şöbəsinə mütəxəssis axtarır
-İşəgötürən: “Azərbaycan Sənaye Korporasiyası” ASC
-Vakansiya: Satınalma,təchizat və logistika şöbəsinin mütəxəssisi
– Maaş : 1400-1600 AZN (gross)
Tələb olunan bilik və bacarıqlar :
Yaş həddi: 25-45;
Təhsil: ali hüquq;
İş təcrübəsi: müvafiq sahə üzrə azı 2 il;
Komanda ilə işləmək bacarığı;
Hüquqi nitq və yazışma qabiliyyəti;
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı;
Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktları bilməli;
Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququ və öhdəliklərin icrası müddəalarını bilməli;
Gömrük qanunvericiliyi bilmək;
dil bilikləri – Azərbaycan dili, rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
MS Office proqramlarında işləmək bacarığı olmalı;
1C ERP sistemindən istifadə qaydalarını bilməli.
Namizədə tələblər :
Müqavilələrin nümunələrə uyğun olaraq hazırlanması;
Müqavilə nümunələrinə dəyişiklik verilməsinə dair təkliflər hazırlamaq;
-Satınalma prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçirilməsi sahəsində metodiki göstərişlərin verilməsi;
Kommersiya şərtlərinin formalaşdırılmasında iştirak edilməsi;
-Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri hazırlanmasında iştirak edilməsi;
-Şöbənin vəzifələrinə aid edilmiş digər funksiyaların icrası. -Son müraciət tarixi: 15.05.2022-ci il
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Satınalma,təchizat və logistika şöbəsinin mütəxəssisi ” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 ay, 1 həftə, 2 saat, 3 dəq
- 3 ay, 5 gün, 3 saat, 56 dəq
- 6 ay, 1 həftə, 2 gün, 22 saat, 41 dəq
-
6 ay, 3 həftə, 18 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 5 gün, 2 saat, 10 dəq