Xidmət Əməliyyatları üzrə Mühəndis tələb olunur
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/muhəndis-6.jpg)
İşəgötürən – AZINTELECOM
Vəzifə öhdəlikləri:
Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
Şəbəkə və Server avadanlıqlarının monitorinqi;
Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
Şəbəkə və Virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi, müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
Şəbəkədə və Server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
L2 və daha yüksək “layer”lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;
Müştərilərə Bulud xidmətləri üzrə ilkin texniki dəstək;
Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
Müştərilərdən daxil olan sorğuları qəbul etmək və müəyyən edilmiş SLA-lara uyğun olaraq ticket sistemində hadisələr və sorğular üçün bütün fəaliyyəti qəbul etmək zərurəti yarandıqda L2 səviyəli mühəndislərə həlli üçün yönəltmək;
Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili.
Tələb olunun biliklər:
Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
Data Mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
vCenter / vSphere / Backup həlləri haqqında məlumatlılıq;
Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
Cisco , Palo Alto , VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət;
Müvafiq sahə üzrə 3 il və daha çox iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)
İş rejimi: Növbəli 24/7
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 21 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 16 dəq
- 6 ay, 3 gün, 19 saat, 9 dəq
- 9 ay, 1 həftə, 1 gün, 13 saat, 54 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 25 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır