Xalq Sığorta sistem administratoru axtarır

İşəgötürən: Xalq Sığorta
Vakansiya: System Administrator
Son tarix: 10 iyun 2022
Tələb olunan bilik və bacarıqlar:
-Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.) üzrə biliklər;
-Windows Server (DC (GPO), DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
-Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili -arzuolunandır;
Namizədə dair gözləntilər:
-Konfidensiallığın qorunması;
-Κomandada işləmək bacarığı;
-Məsuliyyətli;
-Şəxsi inkişafa meyilli.
Xüsusi tələblər:
-Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
-Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
Vəzifə öhdəlikləri:
-IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
-Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
-Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
-Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
-Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
-Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
-Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq;
-Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
-Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
-İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
-Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
-Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
-Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
-Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
-İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Əlavə məlumat:
-İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
-İş yeri: Bakı şəhəri
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sistem inzibatçısı/ System Administrator) qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 5 saat, 44 dəq
- 4 gün, 9 saat, 46 dəq
- 4 gün, 15 saat, 27 dəq
- 4 gün, 15 saat, 31 dəq
- 4 gün, 15 saat, 37 dəq