Xalq Bank daxili audit idarəsinin İT üzrə auditor axtarır

İşəgötürən: Xalq Bank
Vakansiya: Daxili Audit İdarəsinin İT üzrə auditoru
Son tarix: 08 iyul 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı şəhəri
Namizədə dair tələblər:
-İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali magistr təhsili;
-İT auditor və ya İT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi;
-İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları auditi və/və ya onların Risk idarəetməsi üzrə təcrübə PCI-DSS, ISO27001, COBIT, NIST standartları haqqında bilik;
-Windows, *nix, şəbəkə və verilənlər bazaları haqqında texniki anlayış
-Güclü kommunikativ bacarıqlar;
-Problem həll etmə bacarığı;
-Şifahi və yazılı ünsiyyət bacarığı;
-Sənədləşdirmə bacarığı;
-Texniki səviyyədə hesabat və sair sənədləri oxuyub, anlama bacarığı;
-Analitik düşüncə tərzi.
QEYD: SQL, Oracle, İnfrastruktur (Aparat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.), yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix və Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsiviri:
-İT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
-Audit hesabatlarının hazırlanması;
-İT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
-İT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
-Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
-Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin qəbul edilmiş beynəlxalq İT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 38 dəq
-
2 ay, 3 gün, 11 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 7 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 57 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat