Vakansiya: Mühasibatlıq şöbəsinin rəhbəri tələb olunur

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Mühasibatlıq Şöbəsinin Rəhbəri
Son tarix: 06 iyul 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasibatlıq Şöbəsinin Rəhbəri tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin BMHS və vergi qanunvericiliyinə uyğun uçotun və hesabatların aparılmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri:
-Mühasibat uçotunu və uçot siyasətini beynəlxalq, yerli və ümumqəbuledilmiş uçot prinsiplərinə uyğun olaraq formalaşdırır və həmin prinsiplərə uyğun aparılmasını təmin edir
-Şirkətin daşınan və daşınmaz əmlakının, həmçinin azqiymətli əşyaları və mal-material ehtiyatlarının uçotunun aparılmasını təmin edir
-Əmək haqqı hesablamalarının qanunvericiliyə uyğun aparılmasını təmin edir
-Vergi ilə bağlı riskləri idarə edir
-Daxili, xarici audit və vergi yoxlamalarını idarə edir
-BMHS-in tələblərinə uyğun olaraq maliyyə hesabatlarının tərtib edilməsini təmin edir
-Dövlət orqanlarına edilən ödənişlərin, verilən hesabatların və müvafiq məlumatların Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmasını təmin edir
Əsas tələblər:
Təhsil:
-İqtisadiyyat, Maliyyə və ya Biznesin idarəedilməsi sahəsində Ali təhsil
-Tətbiqi bilik və tətbiq bacarıqları üzrə ACCA imtahan sertifikatları
Təcrübə:
-Maliyyə və Mühasibat sahəsində 5 ildən çox iş təcrübəsi
-Qeyd olunan vəzifədə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
-Maliyyə uçotu (BMHS üzrə)
-Vergi Məcəlləsi
-Beynəlxalq Vergi Qanunvericiliyi
-MS Office və 1C Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
-İdarəetmə bacarığı
-İş bölgüsü
-Zamanın idarəolunması
-Analitik düşüncə
-Detallara diqqət
-Ünsiyyət bacarıqları
-Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasibatlıq Şöbəsinin Rəhbəri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 7 saat, 32 dəq
- 2 gün, 7 saat, 35 dəq
- 3 gün, 50 dəq
- 3 gün, 1 saat, 32 dəq
- 3 gün, 1 saat, 34 dəq