Vakansiya: Kiçik auditor tələb olunur

İşəgötürən: AZ FP Co LTD
Vakansiya: Kiçik auditor
Son tarix: 11 sentyabr 2022
Namizədə gözləntilər:
-Audit yoxlamalarında iştirak;
-Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi
-İri həcmli məlumatları toplaması və təhlilini həyata keçirməsi;
-Audit hesabatın hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
-Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirakın təmin edilməsi;
-Audit prosedurlarına aid digər tapşırıqları icra etməsi
Namizədə tələblər:
-Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
-Audit və ya oxşar (Maliyyə, Mühasibatlıq, Daxili nəzarət və s.) sahədə minimum 1 il iş təcrübəsi;
-Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
-Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
-Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Şifahi və yazılı ünsiyyət bacarığı;
-Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
İş şəraiti:
-Ünvan: Bakı-Şamaxı yolu 15-ci km. (Müşfiqabad qəs.)
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Kiçik auditor” qeyd etməklə göndərə bilərsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 20 dəq
- 7 saat, 22 dəq
- 7 saat, 24 dəq
- 7 saat, 25 dəq
- 7 saat, 28 dəq