Vakansiya: Avtomobil təsərrüfatının müdiri tələb olunur

İşəgötürən: Qartal Tikinti Firması
Vakansiya: Avtomobil Təsərrüfatının Müdiri
Son tarix: 26 sentyabr 2022
İş yeri: Sumqayıt şəhəri,Çerkassi küçəsi 50-ci məhəllə küçəsi 222
Əmək haqqı: Vergilər çıxıldıqdan sonra – 600 AZN
İş haqqında məlumat:
-Firmanın mülkiyyətində olan maşın mexanizmlərinin sifarişlərə uyğun işinin təşkili;
-İşə çıxan avtomobillər üçün yol vərəqini təsdiq edilmiş formada yazıb sürücülərə vermək;.
-Sürücülərin tabelinin yazılması və getdiyi yolun hesabatina nəzarəti GPS izləmə sistemi və spedometrin göstərişinə uyğun müəyyən edib, ayın sonunda mühasibatlığa təqdim etmək;
-Maşınların təmiri üçün ehtiyat hissələri tələbatını müəyyən etmək. Ehtiyat hissələrinin bank yolu ilə ödənilməsi üçün sənədləri alıb mühasibatliğa təqdim etmək;
-Maşınların cari təmirini Qartal Tikinti Firmasının avtomobil təmiri sexində təmir olunmasına nəzarət;
-Yanacaq sərfinə ciddi nəzarət etmək, benzin kartlarının vurulmuş vəsaitin düzgün sərfinə və uçotuna nəzarət etmək;
-Benzin sərfi hesabatını mühasibatlıqla birlikdə hazırlamaq;
-Maşınların daima saz və təmiz saxlanmasına,vaxtlı vaxtında qarajda təhlükəsiz saxlanmasını təmin etməlidir;
-Yol polisi tərəfindən tərtib olunmuş protokolları elektron qəbul edib, ödəniş üçün mühasibatlığa təqdim etmək;
-Tabeçiliyində çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət etmək;
-Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
Namizədə tələblər:
-Yaşayış yeri Sumqayıt şəhəri olmalıdır.
-Avtomobil nəqliyyatı üzrə ali təhsilə üstünlük verilir.
-Kompyuter biliyi: Excel, Word, Outlook – yaxşı səviyyədə bilməli
-İşində dəqiq, məsuliyyətli, işgüzar olmaq
-Verilən tapşırıqları vaxtında yerinə yetirmə
İş haqqında məlumat:
-İş saatı 08:00-18:00
-İstirahət günü – Bazar günləri
-Nahar şirkət hesabına verilir.
-İş yeri Sumqayıt şəhəri Qartal Tikinti Firmasıdır.
Əlaqə vasitələri:
CV-nizi mövzu hissəsində “Avtomobil təsərrüfatının müdiri” qeyd edərək [email protected] email ünvanına göndərin. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqələndirici şəxslər:
Tural Məmmədov Direktorun birinci müavini: Telefon: +994 50 235 48 67
Fidan Aşumova İnsan resursları üzrə mütəxəssis: Telefon: +994 50 283 00 69
Vakansiyalar
- 3 saat, 30 dəq
-
1 gün, 2 saat, 30 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 32 dəq
- 1 gün, 2 saat, 34 dəq
-
1 gün, 2 saat, 36 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib