Vakansiya: Auditor tələb olunur

Auditor

auditor 1


İşəgötürən: NBA Technologies International LLC

Vakansiya: Auditor

Son tarix: 16 iyun 2022

Tələblər:

-Ali təhsil

-Azərbaycan dilini səlis, İngilis və Rus arzu olunandır

-Microsoft Office (Outlook, MS Excel, World) – istifadəçi səviyyəsi

-Analiz, problemlərin həlli və qərarvermə

-Tələb olunan sahə üzrə 3 il iş təcrübəsi

-Vergi Məcəlləsini, Əmək Məcəlləsi, Sosial Sığorta – Haqqında Qanun və digər əlaqəli normativ-hüquqi aktlar, digər qanunlar biliklərə və axtarış vərdişlərinə malik olmaq

-Diqqətli və məsuliyyətli olmaq

Vəzifə öhdəlikləri:

-Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;

-Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;

-Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;

-Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;

-Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;

-Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;

-Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;

-Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq

Əlavə məlumat:

-5 günlük iş qrafiki

-Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)

-İş yeri: Bakı şəhəri; Xətai rayonu; Babək Plaza

-İş saatı: 09:00-18:00;

Zəhmət olmasa CV-nizi  otoşəkili ilə elektron poçt ünvanına “Auditor” yazın. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]