Unibank IT auditor axtarır

İşəgötürən: Unibank
Vakansiya: IT auditor
Son tarix: 26 sentyabr 2022
Təsvir:
-İllik audit planına uyğun olaraq davamlı audit yoxlamaları həyata keçirməsində iştirak etmək;
-Bankın IT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
-İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
-İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
-Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
-Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
-Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək.
Tələblər:
-İnformasiya və Kommunikasiya Texnologiyaları və oxşar sahə üzrə ali təhsil;
-İT və İT təhlükəsizlik sahəsində təcrübə biliklərinə malik olmaq;
-İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında baza biliklərinə malik olmaq;
-Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Stressə davamlılıq və komandada işləmək bacarığı;
-Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.
-Peşəkar kvalifikasiyalar üzrə (CompTIA Security+, ITIL, COBİT, İSO 27001 və s.) sertifikatları olanlara üstünlük veriləcək
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 13 saat, 10 dəq
- 1 gün, 14 saat, 5 dəq
- 1 gün, 14 saat, 19 dəq
- 2 gün, 8 saat, 42 dəq
- 2 gün, 8 saat, 47 dəq