Texniki ofis mühəndisi tələb olunur

İşəgötürən – Ramco CJSC
Namizədə olan tələblər:
Mühəndislik sahəsi üzrə ali təhsil;
Texniki şöbədə minimum 5 il iş təcrübəsi;
İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD);
Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, habelə sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmalı;
Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür);
Yaxşı ünsiyyət qura bilmək bacarığı, analitik qabiliyyət;
Ezamiyyətlərə hazırlıqlı olması;
Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək;
Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
Layihə üzrə görulən işlərin iş planının hazırlanması, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;
Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
Qiymətləndirmə üçün hesabatların aparılması;
Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 2000 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 17 saat, 17 dəq
- 2 gün, 17 saat, 19 dəq
- 2 gün, 17 saat, 21 dəq
- 2 gün, 17 saat, 23 dəq
- 2 gün, 17 saat, 25 dəq