Texniki dəstək üzrə mütəxəssis/kiçik mütəxəssis tələb olunur
İşəgötürən – Baku Steel Company CJSC
Vəzifə üzrə fəaliyyəti:
Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılması;
Əməliyyat sistemlərinin yazılması.
Tələblər:
Ali təhsil (üstünlük texniki ixtisas);
İT sahəsində ən azı 2 illik iş təcrübəsi;
Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
Ölkədaxili ezamiyyələrə getmək imkanı;
Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Texniki dəstək üzrə mütəxəssis və ya kiçik mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 3 saat, 13 dəq
- 3 saat, 16 dəq
- 3 saat, 52 dəq
- 3 saat, 55 dəq
- 3 ay, 2 həftə, 2 gün, 18 saat, 30 dəq