“Təsərrüfat müdiri köməkçisi” tələb olunur

“Mətanət A” “Təsərrüfat müdiri köməkçisi” vakansiyasını elan edib.
Vəzifə öhdəlikləri:
– Şirkətin təsərrüfat xidmətinin lazımı səviyyədə təşkil edilməsinə nəzarət;
– Havalandırma və iqlim sistemlərinin daim saz vəziyyətdə olmasının təşkili;
-Ərazi üzrə və lahiyələrdə texniki-təsərrüfat təminatına nəzarətin edilməsi (elektrik sistemləri, su, qaz təchizatı və s.
– Şirkətin bölmələrini təsərrüfat inventarları, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət;
-Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət;
-Şirkətin sanitar qaydalarına uyğun səliqəli və təmiz saxlanılmasının təmin edilməsi;
-Şirkətə lazım olan təsərrüfat mallarının sifarişinin vaxtında hazırlanması və təminatının təşkil edilməsi;
-Təsərrüfat və digər malların qalığına daimi nəzarətin edilməsi.
Tələblər:
-Müvafiq sahə üzrə minimum 1il iş təcrübəsi;
-İşdə yeniliklər tətbiq etmək və ünsiyyət qurmaq bacarığı;
-Ofis proqramlarında sərbəst işləmək bacarığı;
-Məsuliyyətlilik, diqqət və dəqiqlik.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Abşeron r-nu,Sumqayıt şossesi 13, 5-ci km. (Masazır dairəsi yaxınlığı)
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected] vasitəsilə mövzu yerinə “Təsərrüfat müdiri köməkçisi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Mail: [email protected]
Vakansiyalar
- 6 saat, 28 dəq
- 6 saat, 35 dəq
- 6 saat, 39 dəq
- 6 saat, 42 dəq
- 6 saat, 49 dəq