Telesatış üzrə mütəxəssis axtarılır
İşəgötürən – Vision Academy
Vəzifə və öhdəliklər:
Satışı onlayn və real şəkildə həyata keçirmək;
Müvafiq təhsil paketləri haqqında şirkətlərə onlayn şəkildə məlumat vermək və müştərilərin sayını artırmaq;
Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək;
Sosial şəbəkələr vasitəsilə müştərilərin suallarını cavablandırmaq;
Xidmət paketləri barədə müştərilərə məlumatlar vermək;
İnstagram, Whatsapp, Facebook üzərindən gələn müraciətləri satışı yönümlü cavablandırmaq;
Yüksək səviyyədə danışıqlar aparmaq;
Satışları artırmaq və yeni müştərilərin axtarışı üçün davamlı olaraq satışı həyata keçirmək;
Aylıq satış planını tərtib etmək;
İdarə heyətinə işin nəticələri barədə hesabatlatları təqdim etmək;
Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq);
Tələbələrə aid məlumatların müvafiq sistemdə qeydiyyatını aparmaq;
Potensial müştəri axtarışını həyata keçirmək;
Şirkət tərəfindən təklif olunan xidmət üzrə müştərilərin ehtiyaclarını aydınlaşdırmaq;
Müəssisənin müştərilərinə xidmət və yeniliklər barədə məlumatlar vermək;
Müştəri bazasına rəhbərlik və bazanın artırılması yönündə proyektlər hazırlayıb həyata keçirmək.
Tələblər:
Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
İnstagram, Whatsapp, Facebook üzərindən yüksək satış bacarığı;
Satış və ya müştəri xidmətləri sahəsində 1-2 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
Ünsiyyət və rəqabət yönümlü bacarıq;
Yüksək motivasiya və satış sahəsində təsdiq olunmuş hədəfləri tətbiq etmək bacarığı.
İş haqqında:
ARƏM uyğun işə qəbul;
İş saatı: 09:00-18:00;
İş qrafiki: 6 günlük;
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Telesatış üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 7 saat, 30 dəq
- 1 gün, 7 saat, 33 dəq
- 1 gün, 8 saat, 9 dəq
- 1 gün, 8 saat, 12 dəq
- 3 ay, 2 həftə, 3 gün, 22 saat, 47 dəq