Tanınmış şirkət işçilər axtarır

Auditor

azergold vakansiya


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiyaları elan edib.

Vakansiya 1: Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi

Əsas vəzifə və öhdəliklər:

Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;

Layihə planlama işlərinin həyata keçirilməsi;

Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;

Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;

Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;

Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;

Maliyyə modellərinin hazırlanması və təhlili;

Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;

Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;

Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar

Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;

PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;

Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Namizədlər bu link vasitəsi ilə müraciəıt edə bilərlər 

Müraciət üçün bu lkinkə – (https://careers.azergold.az/vakansiya/bas-mutexessis-strateji-planlasdirma-ve-layihelerin-idareolunmasi-sobesi) daxil ola bilərsiniz 

Vakansiya 2: Auditor  

Tələb olunan bilik, bacarıq və səriştələr:

Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;

Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;

Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;

Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;

Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;

Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;

Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;

Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;

Peşəkar səriştələr: Kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları, müşahidə aparmaq, faktları müəyyən etmək qabiliyyəti, analitik, məntiqi və kritik düşünmə qabiliyyəti;

Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;

IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür)

MS Office proqramlarında səlis işləmək qabiliyyəti. (İT sistemləri üzrə biliklər üstünlükdür).

Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat və ya hüquq ixtisası, texniki və ya təbiət elmləri üzrə ali təhsil;

Maliyyə və ya daxili/xarici audit sahəsində ən azı 1 il iş təcrübəsi.

Müraciət üçün bu lkinkə – (https://careers.azergold.az/vakansiya/auditor-daxili-audit-xidmeti) daxil ola bilərsiniz 

Vakansiya 3: Aparıcı Auditor

Tələb olunan bilik, bacarıq və səriştələr:

Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;

Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;

Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;

Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;

Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;

Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;

Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;

İllik audit strategiyası və planının tərtib edilməsində iştirak;

Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;

Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;

Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;

Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;

Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;

Peşəkar səriştələr: Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları,müşahidə aparmaq və faktları müəyyən etmək qabiliyyəti. Analitik, məntiqi və kritik düşünmə qabiliyyəti.

IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).

MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).

Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil.

Daxili/xarici audit sahəsində ən azı 3 il iş təcrübəsi.

  Müraciət üçün bu lkinkə – (https://careers.azergold.az/vakansiya/aparici-auditor-daxili-audit-xidmeti) daxil ola bilərsiniz  

Vakansiya 4: Hesabatlılıq sektoru müdiri

Tələb olunan bilik, bacarıq və səriştələr:

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;

MHBS üzrə hesabatların hazırlanması;

Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;

Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;

MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;

İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;

Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;

Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;

Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;

Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;

Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;

Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşdirmə işlərini təşkil etmək.

Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);

Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlərə üstünlük verilir.

Tələb olunan təhsil və iş təcrübəsi:

Ali təhsil;

Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;

  Müraciət üçün bu lkinkə – (https://careers.azergold.az/vakansiya/sektor-mudiri-maliyye-sobesi-hesabatliliq-sektoru) daxil ola bilərsiniz 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]