Təftiş üzrə mütəxəssis axtarılır
İşəgötürən – Mars Overseas Baku
Vəzifə öhdəlikləri:
Debitor borcların düzgünlüyünə əminlik vermək üçün mütəmadi şəkildə müştərilərlə üzləşmələrin aparılması;
Satış obyektlərində şirkətə məxsus inventarların öz fəaliyyət istiqamətində işləməsinə nəzarət etmək;
Müştəri tərəfindən ödənilməyən məbləğlərin və problemli debitor borcların daimi izlənilməsini təmin etmək;
Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
Ali, Orta ixtisas və ya Xüsusi peşə təhsili (Maliyyə, Mühasibatlıq, Audit və s.);
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini əla səviyyədə bilməli, xarici dil biliyinin olması arzuolunandır;
MS Excel, MS Word və MS PowerPoint yaxşı səviyyədə bilməli.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
Sərbəst analiz etmək və qərar vermək bacarığı;
Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı.
Vəzifə üzrə əlavə tələblər:
Şəxsi avtomobilinin və B kateqoriya sürücülük vəsiqəsinin olması.
Əlavə məlumatlar:
İş saatı: 09:00 – 18:00;
İş rejimi : Həftə içi 5 gün;
Tibbi sığorta;
Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təftişi üzrə mütəxəssis” qeyd etməklə [email protected] adresinə göndərə bilərsiniz.
Vakansiyalar
-
23 saat, 22 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 5 saat, 11 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 4 saat, 3 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 37 dəq
- 6 gün, 22 saat, 43 dəq