Təchizat üzrə mütəxəssis axtarılır
İşəgötürən – Bridge Group of Companies
Əsas öhdəliklər:
Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
Mütəmadi olaraq bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq; (yerli və xarici bazar)
Mütəmadi olaraq bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
Mütəmadi olaraq yerli və xarici bazarın monitorinqini aparmaq.
Tələb olunan mal – material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq.
Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
Azərbaycan və rus dilləri sərbəst danışıq və yazı səviyyəsində bilməli, ingilis dili arzuolunandır;
Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;
Əlavə məlumat:
Bridge Group ailəsinin bir üzvü olmaq;
Stabil iş qrafiki;
Şəhərin mərkəzində ofis;
Mehriban komanda;
Əmək bazarında rəqabətli əmək haqqı.
CV – lərinizi mövzunun başlığı altında [email protected] adresinə göndərin
Vakansiyalar
-
4 saat, 41 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
5 saat, 37 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 2 saat, 19 dəq
- 2 gün, 2 saat, 22 dəq
- 2 gün, 2 saat, 58 dəq