Şirkətlər qrupuna mağazalar üzrə ” Bölgə müdiri” tələb olunur

Müdir


“İnci Group of Companies” “Bölgə müdiri” (Mağazalar üzrə) vakansiyasını elan edib.
Namizədə dair tələblər: 
– Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
– MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı;
– İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı;
– Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir;
– Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma;
– Yaş həddi: 27-37;
– Sürücülük vəsiqəsi (B kategoriya);
– Şəxsi avtomobil.

İş barədə məlumat: 
– Mağazalar zəncirinin idarə edilməsi;
– İşin təşkili və problemlərin aradan qaldırılması üzrə mağaza rəhbərləri ilə işin aparılması;
– Mağaza rəhbərindən mütəmadi olaraq müvafiq hesabatların alınması, bütün sistem üzrə qruplaşdırılması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
– Mağazaların satışının artırılması məqsədi ilə mağaza rəhbərlərinin istiqamətləndirilməsi, təkliflərinin analiz edilməsi, qərarın verilməsi üçün rəhbərlik qarşısında təqdimatın edilməsi;
– Verilmiş tapşırıqların və qoyulmuş qaydaların icrasını yoxlamaq məqsədi ilə ərazilərin gündəlik ziyarət olunması
– Mağaza işçi heyətinin xidmətin fəaliyyətinin təşkilində və qiymətləndirilməsində bilavasitə iştirak etmək, bölgə üzrə işçilərin aylıq qrafiklərini izləmək və təsdiqləmək.

Təminatlar:
– Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi;
– Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi;
– AR qanunvericiliyinə uyğun sənədləşmə;
 
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –  [email protected] mail ünvanına yönləndirməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]