Şirkət smeta qrupunun rəhbəri axtarır

“AS İnşaat” MMC şirkəti Smeta Qrupunun Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
– Elan tarixi: 22.04.2022
-Bitmə tarixi: 22.05.2022
-Şirkət: AS İnşaat MMC
-Ərazi: Bakı
-Əmək haqqı: Müsahibə əsasında
-Staj: 3 il
-Yaş həddi: 25 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (5 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Yerinə yetirəcəyi işlər:
Maliyyə-smeta sənədlərini hazırlayır;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
Ali təhsil (müvafiq sahə üzrə)
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
İş rejimi: 5 günlük, 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində ““Smeta qrupunun rəhbəri” qeyd edərək [email protected], [email protected] elektron ünvanına yalniz sekilli CV göndərilmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 16 saat, 16 dəq
- 2 gün, 21 saat, 57 dəq
- 2 gün, 22 saat, 1 dəq
- 2 gün, 22 saat, 7 dəq
- 3 gün, 21 saat, 23 dəq