“Avromed ” senior auditor axtarır

İşəgötürən: Avromed Company QSC
Vakansiya: Senior Auditor
Son tarix: 05 may 2022
Vəzifə icmalı:
-Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir.
-Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi,nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir.
-Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir.
-Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir.
Əsas funksional vəzifələr:
-Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
-Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
-Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
-Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
-Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
-Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
-İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
-Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Bilik, bacarıqlar və təcrübə:
-Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
-Müvafiq iş təcrübəsi: 3 ildən artıq Audit sahəsində;
-Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
-Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
-Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
-Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 2 saat, 16 dəq
-
1 ay, 3 həftə, 6 gün, 21 saat, 47 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 5 saat, 45 dəq
- 2 ay, 5 gün, 5 saat, 35 dəq
- 2 ay, 5 gün, 5 saat, 38 dəq