Şirkət smeta üzrə kiçik mühəndis axtarır
![](https://avand.marja.az/wp-content/uploads/2022/03/muhəndis.jpg)
İşəgötürən: Melissa Group
Vakansiya: Smeta üzrə kiçik mühəndis
Son tarix: 28 aprel 2022
Vəzifə öhdəlikləri:
-Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
-Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
-İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
-Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
-Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.
-Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;
-Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Fоrmа N (М-29), Xərc analizi)
Bilməlidir:
-Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
-Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Vəzifəyə dair tələblər:
-Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
-İnşaat mühəndisliyi üzrə ali təhsil;
-Eskiz və işçi layihəni oxuma bacarığı;
-Kompyuter biliyi: yüksək səviyyədə MS Excel, AutoCad biliyi, internetdə işləmək bacarığı;
-Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
-Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
-Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat:
-5 günlük iş qrafiki.
-Əmək haqqı: 800-1000 AZN
-Cinsi : Kişi
-Yaşı : 28-50
-Dil biliyi : Az,Rus
CV-lərinizi [email protected] ünvanına “smeta üzrə kiçik mühəndis” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərə geridönüş ediləcəkdir.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 23 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 18 dəq
- 6 ay, 3 gün, 19 saat, 11 dəq
- 9 ay, 1 həftə, 1 gün, 13 saat, 56 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır