Şirkət qəza komissarları şöbəsinin mütəxəssisi axtarır
İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli)
Son tarix: 29 aprel 2022
Namizədə tələblər:
-Yaş: 23-40
-Təhsil: Ali
-İş təcrübəsi: Müştəri xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
-İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
-B kateqoriyalı sürücülük vəsiqəsi və sürücülük təcrübəsi olmağı mütləqdir.
-Avtomobilin texniki hissələri haqda anlayışın olması
-Yaşayış yerinin Əhmədli, Günəşli və ora yaxın ərazilərdə olması vacibdir
Əsas vəzifə öhdəlikləri:
-Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
-Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
-Hadisə yerinə qəza xidmətlərini çağırmaq (DYP,FHN,Təcili tibbi yardım və s.)
-Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
-Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
-Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
-Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
-İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
-Gördüyü iş barəsində birbaşa rəhbərinə hesabat vermək.
-Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirirmək.
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
-Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
-Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı : Cədvələ uyğun iş qrafiki
-Sabit əmək haqqı sınaq müddətində 555 AZN (gross məbləğ)
-Sınaq müddətindən sonra 669 AZN (gross məbləğ)
-Şəxsi avtomobilin olması zəruridir.
-Avtomobilinamortizasiya xərcləri təmin olunur
-Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
-Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu -keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi (Əhmədli,Günəşli) ” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 4 saat, 50 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 5 saat, 45 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 38 dəq
- 10 ay, 3 həftə, 2 saat, 23 dəq
-
11 ay, 1 gün, 21 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır