Şirkət maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı axtarır

İşəgötürən: STP – AH MMC
Vakansiya: Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı/ böyük mütəxəssis
Son tarix: 29 aprel 2022
Tələblər:
-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
-Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
-Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
-Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz:
-Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
-Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
-Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
-Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
-Maliyyə riskinin müəyyən edilməsi;
-Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
-Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
-Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
-Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
Əlavə məlumatlar:
-Əmək haqqı razılaşma əsasında;
-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
-İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq 29.04.2022 il tarixinədək göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 44 dəq
- 7 saat, 46 dəq
- 7 saat, 48 dəq
- 7 saat, 49 dəq
- 7 saat, 52 dəq