Şirkət kiber təhlükəsizlik şöbəsinə mütəxəssis axtarır
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiya: Kiber Təhlükəsizlik şöbəsinə mütəxəssis
Son tarix: 30 aprel 2022
Biz nə təklif edirik:
-Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
-Karyera inkişafı imkanları;
-Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
-İnformasiya təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;
-Audit, Threat Intelligence, SIEM, Vulnerability Assessment, SOAR və s. tipli proqram təminatları ilə iş təcrübəsi və bacarığının olması;
-Linux əməliyyat sistemində işləmə bacarığının olması;
-Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması;
-İşə məsuliyyətli yanaşma və operativlik bacarığının olması;
-Proqramlaşdırma bacarıqları arzu olunandır (Python, BASH, Java, Ruby, Perl);
-İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifakların mövcudluğu arzu olunandır (CEH, OSCP, IBM QRadar SIEM Fundamental Administration və s.).
Görəcəyiniz işlər:
-İT infrastrukturun daimi auditini aparmaq və boşluq yarada biləcək konfiqurasiyalarını müəyyən etmək;
-Kibər təhlükələrin vaxtında aşkar etmək və proaktiv olaraq təhlükələrin qarşısının alınması üçün tədbirlər görmək;
-Mikro proqram təminatlarında, veb tətbiqlərdə, əməliyyat sistemlərində olan boşluqların vaxtında aşkar edilməsi və onların aradan qaldırılması üçün aidiyyəti şöbəyə göstərişləri vermək;
-SIEM sisteminin konfiqurasiyası və həmin sistemə nəzarət edərək təhlükələri aşkar etmək;
-Veb tətbiqlərin və İT infrastrukturun pentest-inin və stress testini aparmaq;
-Veb tətbiqlərdə, proqram təminatlarında, İT infrastrukturda tapılmış boşluqlara haqqında hesabatların hazırlanması və həmin boşluqların aradan qaldırılması prosesinə nəzarət etmək (Pentesting);
-Level7 firewall-ların auditini aparmaq və boşluq yarada biləcək konfiqurasiya xətalarını aşkar etmək;
-DevSecOps prosesinin təşkil etmək.
Əlavə məlumatlar:
-İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
-İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
-Vakansiyaya son müraciət tarixi: 30.04.2022-ci il;
-Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
-Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 12 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 7 dəq
- 7 ay, 3 həftə, 14 saat
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 45 dəq
-
11 ay, 1 həftə, 4 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır