Şirkətə qida sahəsi üzrə baş mexanik tələb olunur

İşəgötürən: Camal LTD
Vakansiya: Qida sahəsi üzrə baş mexanik
Son tarix: 28 aprel 2022
Vəzifə öhdəlikləri:
-Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
-Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
-Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
-Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
-İstehsalatın texniki hazırlığını təmin etmək;
-Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
-Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
-Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
-Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
-Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Tələblər:
-Sahə üzrə Ali təhsil
-Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
-MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
-Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
-Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
-Təzyiq altında işləmə bacarığı;
-Problemlərə çevik yanaşma
-Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Əlavə məlumat:
-Əmək haqqı; razılaşma yolu ilə
-AR qanunvericiliyinə əsasən sənədləşmə;
-Nahar şirkət tərəfindən təmin olunur;
-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində “Qida sahəsi üzrə baş mexanik” qeyd etməklə CV-ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 saat, 30 dəq
- 11 saat, 8 dəq
-
13 saat, 40 dəq
Veysəloğlu şirkətinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
- 18 saat, 35 dəq
-
19 saat, 52 dəq
Mr.Fix məhsullarını istehsal edən şirkətə Direktor köməkçisi tələb olunur