Şirkətə Layihə rəhbəri tələb olunur

Mütəxəssis

layhiərəhbəri


İşəgötürən: ArchiCO

Vakansiya: Layihə rəhbəri

Son tarix: 01 may 2022

Vəzifə öhdəlikləri:

-Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;

-Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;

-Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;

-Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;

-Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;

-Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;

-Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;

-Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;

-Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;

-Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;

-Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;

-Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;

-Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;

-Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

-Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;

Namizədə olan tələblər:

-İnşaat mühəndisliyi üzrə ali təhsil;

-Tikintidə 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;

-Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;

-MS Office; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;

-İngilis (əla səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.

CV və tövsiyyə məktublarınızı “layihə rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]