“Sirab” şirkətinə Maliyyə işləri üzrə kiçik mütəxəssis tələb olunur

Mütəxəssis

sirab


İşəgötürən: Sirab ASC

Vakansiya: Maliyyə işləri üzrə kiçik mütəxəssis

 Son tarix 16 mart 2022 

Əsas tələblər:

-Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);

-Komputer bilikləri: MS Office – Orta;

-Dil bilikləri: Azərbaycan – Əla; 

-Minimum təcrübə: 1 il;

-Riyazi biliklər və analitik düşünmə bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

-Dəqiqlik və detallara diqqətlilik;

-Məsuliyyətlilik;

-Operativlik;

-Nəticə yönümlü;

-Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

-Rus və ya ingilis dili biliyi;

-Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar;

-Mikro ERP proqramında işləmək bacarığı.

İş barədə: 

-Debitor-kreditorlar üzrə hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;

-Qaytarma sənədlərinin yoxlanması və sistemə işlənilməsi;

-Satış prosesinin müştərilərlə bağlanan müqaviləyə uyğunluğunun yoxlanması;

-Satış edilən məhsulların sənədlərinin yoxlanması, yalnışlıqlar olduqda düzəlişlərin olunması və sistemə işlənməsi;

-Anbar qalıqları üzrə düzəlişlərin olunması;

-Maliyyə sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;

-Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

İş vaxtının norması:

-6 günlük növbəli iş rejimi;

-İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

-Namizədin bilik və bacarığına uyğun olaraq;

-Yemək şirkət tərəfindən;

-Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

 -Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). 

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Maliyyə işləri üzrə kiçik mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


©️ 2022

070 231 45 70

[email protected]