Sinteks Group of Companies sistem və şəbəkə üzrə administrator axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Sistem və Şəbəkə üzrə Administrator
Son tarix: 06 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Sistem və Şəbəkə üzrə Administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin İT sistemlərinin, daxili server və şəbəkələrini idarə etməkdir.
Vəzifə öhdəlikləri:
-Şəbəkələrin və server infrastruktur işinin təşkili;
-Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
-Elektron ünvan serverinin sabit işinin təşkili;
-Məlumat bazasının təhlükəsiz saxlanılması;
-Ehtiyyat nüsxələrinin gündəlik çıxarılması işinin təşkili;
-Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
-Əsas sistemdə problem yarandıqda verilənlər bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
-Ofis və mağazalarda proqram təminatı işinin təşkili;
-Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.
Əsas tələblər:
Təhsil:
-İT, kompüter elmləri və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi.
– Peşəkar sertifikata üstünlük verilir ( MCSA, MCSE, CCNA,CCNP, VCP, CompTIA A+ və s.)
Təcrübə:
-Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
Professional Biliklər:
-Windows Client və Server əməliyyat sistemləri üzrə biliklər;
-Server platformaları, Active Direcoty, MS Exchange, Vmware, GPO üzrə dərin biliklərinin olması;
-SAN və NAS Storage texnologiyaları üzrə biliklər.
-TCP/IP, NAT, Routing and Switching, Site to Site İpSec VPN Tunnel, Load Balancing, DHCP, DNS, RDP, Radius, CA üzrə dərin biliklər;
-Vmware – ESX, ESXI, vCenter və Microsoft Hyper-V kimi virtuallaşdırma üzrə biliklər.
-Backup sistemləri üzrə biliklərin olması (Acronis, Norton, Symantec, Veeam və s.);
-AP, Switch, Firewalls və s. Şəbəkə avadanlıqların sazlanması (Cisco, Fortigate, HPE, Mikrotik, Ubiquiti və s);
-İP PBX ilə iş təcrübəsi (Asterisk, 3CX, Kerio Operator) ;
Professional Bacarıqlar və Kompetensiyalar:
-Liderlik
-Detallara diqqət
-Analitik düşüncə
-Zamanın idarəolunması
-Məsuliyyət
-İş bölgüsü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sistem və Şəbəkə üzrə Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 5 saat, 49 dəq
- 4 gün, 9 saat, 51 dəq
- 4 gün, 15 saat, 32 dəq
- 4 gün, 15 saat, 36 dəq
- 4 gün, 15 saat, 42 dəq