“SƏTƏM şöbə müdiri” tələb olunur

Müdir


Araz Supermarketlər Şəbəkəsi “SƏTƏM şöbə müdiri” vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər:

-Ali təhsil;

-Əlaqəli sahə üzrə 3 ilə yaxın təcrübə;

-Liderlik, operativlik, nəticə yönümlülük;

Vəzifə öhdəlikləri:

-İş yerlərində əməyin və ətraf mühitin mühafizəsinə dair işləri əlaqələndirmək və onların həyata keçirilməsi vaxtını müəyyənləşdirmək;

-Müəssisədə əmək qanunvericiliyinin, təhlükəsizlik norma və qaydalarının, eləcədə əməyin və ətraf mühitin mühafizəsi üzrə digər normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;

-Müəssisədə əmək təhlükəsizliyi üzrə işçilərin biliklərinin yoxlanılması üçün daimi fəaliyyət göstərən komissiyanın işini təşkil etmək;

-Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis-texniki işçilərini cəlb etməklə ardıcıl olaraq iş yerlərində əmək şəraitini yoxlamaq, pozuntu və çatışmazlıqları aşkar etdikdə onların aradan qaldırılması üzrə səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirm

-İstehsalat sahələrinin yoxlanılmasına, istehsalat mühitinin (toz, qaz, səs-küy, titrəmə) normalara uyğun səviyyədə olmasının müəyyənləşdirilməsi məqsədilə ölçmələrin aparılmasına, həmçinin sanitar-texniki pasportların vaxtında doldurulmasına nəzarət etmək

-Mühafizə xüsusiyyətlərinə görə mövcud standartların tələblərinə cavab verən iş paltarları, iş ayaqqabıları və fərdi mühafizə vasitələri ilə işçilərin təmin olunmasına nəzarət etmək;

-Əməyin mühafizəsinə dair sənədləşmələrin standartlara, qaydalara və vahid tələblərə uyğun aparılmasına nəzarət etmək;

-İşə yeni qəbul olunan işçilərlə keçirilən ilkin SƏTƏM təlimatının mətninin hazırlanmasını, keçirilməsini və onun xüsusui jurnalda qeydiyyatının aparılmasını təmin etmək;

Təminatlar:

-Nahar ilə təmin edilmə;

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

-5 günlük iş qrafiki;

-Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ SƏTƏM şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]