SƏBA baytar həkim axtarır

Həkim

baytar


İşəgötürən: SƏBA

Vakansiya: Baytar Həkim

Son tarix: 06 may 2022

Hesabat verir: Departamenti direktoruna.

İş haqqında məlumat:

İş yeri: Şabran rayonu

İş rejimi: 6 günlük iş həftəsi, saat 09:00-17:00

Şirkət tərəfdən iş yerinə çatdırılma üçün  servis ilə təmin edilir.

Namizədə tələblər:

-Minimum 3 il baytarlıq sahəsində iş təcrübəsi;

-Təhsil və ixtisas tələbləri: Ali, baytarlıq üzrə təhsil

-Tələb olunan zəruri biliklər: Baytar-sanitar prosesləri və qaydalarını

-Texniki  – iqtisadi və cari planlaşdırmanın metod və qaydalarını

-Əməyin, istehsalın və idarəetmənin təşkilinin əsaslarını

-Əmək qanunvericiliyinin əsaslarını

-Dil bilikləri:-İngilis dili,rus dili yaxşı səviyyədə

-Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi

-MS Office programları (Word, Excell, Power-Point,Outlook).

Əsas vəzifə öhdəlikləri:

-Təhkim edilmiş sahədə Baytarlıq nizamnaməsinin qaydalarını və baytar-sanitar qaydalarının inkişafına yönəldilmiş sənədlərin,  təlimatların, göstərişlərin, eləcə də  əhalini insanlar və quşlar üçün ümumi olan xəstəliklərdən qorunma qaydalarının yerinə yetirilməsini təşkil etmək;

-Quşların saxlanması, yemləndirilməsi və onlara qulluq edilməsində bütün işçilərin zoogigiyenik və baytarlıq qaydalarına əməl etməsinə nəzarət etmək;

-Təsərrüfatda baytarlıq işlərinə dair nəzərdə tutulmuş planların və tədbirlərin yerinə yetirilməsi, baytar həkiminə təhkim edilmiş sahə və obyeklərdə sanitariya vəziyyətinə, eləcə də quşların təmin edilməsi üçün nəzərdə tutulmuş suyun, yemin sanitar keyfiyyətinə, istifadə edilməsinə və saxlanmasına nəzarəti həyata keçirmək;

-Quşların salamat saxlanması üçün müalicə-profilaktiki, baytar-sanitar və epizootiya əleyhinə tədbirlər planının  hazırlanmasında iştirak etmək, quşların yemləndirilməsi, saxlanması və qulluq edilməsində baytarlıq təlimatlarına işçilər tərəfindən əməl edilməsinə nəzarət etmək, baytarlıq tədbirləri aparılarakən quşların reaksiyasına nəzarət etmək;

-Quşçuluq sahələrində, inkubatoriya, kəsim və emal binalarında, məhsul və xammal saxlanan binalarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;

-Quşlara, eləcədə kəsimə və satışa göndərilən quşlara baytar-sanitar baxışı həyata keçirmək, kəsilən ət məhsullarının insan qidası üçün yararlı olmasına və satılan ətin  sanitar vəziyyətinə rəy vermək;

-Kəsilən və ölən quşlar arasında yolxucu xəstəlik aşkar edilərsə müəyyən edilmiş qaydada xəbər vermək, eyni vaxtda xəstəliyin ləğv edilməsi üçün operativ tədbir görmək;

-Baytarlıq sahəsində ona təhkim edilmiş sahənin qeydiyyat, hesabat işlərini aparmaq, təsdiq  edilmiş  formada və müddətdə baytarlıq üzrə hesabatları tərtib edib təqdim etmək;

CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix: 05.05.2022


©️ 2022

070 231 45 70

[email protected]