Ateshgah Sigorta tibbi yardımın təşkili şöbəsinin həkim-koordinatoru axtarır

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Tibbi yardımın təşkili şöbəsinin həkim-koordinatoru
Son tarix: 22 sentyabr 2022
Namizədə tələblər:
-Yaş: 23-35
-Təhsil: Ali, tibb təhsili mütləqdir
-İş təcrübəsi: arzuolunandır
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
-Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək
-Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
-Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
-Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
-Hesabatlar tərtib etmək
-Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-Əmək haqqı: 670 azn – 1013 azn (gross məbləğ, net, namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər)
-Şirkət tərəfindən nahar
-Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
-Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
- 7 saat, 28 dəq
- 7 saat, 30 dəq
- 7 saat, 32 dəq
- 7 saat, 33 dəq
- 7 saat, 36 dəq