Regonlara Həkim (Terapevt) axtarılır

Həkim

hekimterapevt


İşəgötürən – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA)

Vəzifə: Həkim (Terapevt)

İş yeri: Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Yevlax, Naftalan və Qəbələ rayonları üzrə
İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi
Təhsil: Ali tibb təhsili
Yaş həddi: 27 – 50 yaş  
 
Vəzifə öhdəlikləri:
– Zəruridiaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin
təşkil edilməsi və ya müstəqil surətdə aparılması;
– Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;
– Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə
metodlarının zəruriliyini müəyyən etməsi;
– Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz
ixtisası üzrə məsləhət yardımın göstərilməsi;
– Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin
yerinə yetirilməsində onlara kömək etməsi;
– Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların
istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb
heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına
riayət edilməsinə nəzarət etməsi;
– Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak
etməsi;
– Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;
– Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli
rəsmiləşdirilməsini təmin etməsi;
– Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında
icra edilməsi;
– Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını
artırılması;
– Müəyyən olunmuş qaydada sertifikasiyadan keçməsi;
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirməsinin təşkil edilməsi.
Tələblər:
-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
 Əmək haqqı: 1000 AZN-dək.
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: Həftədə 6 gün – Əvəzçilik üzrə – günlük 3 saat
 
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu
hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]