Süni mayalandırma üzrə baytar həkimi tələb olunur

İşəgötürən – Qəbələ Aqropark
Vəzifə – Süni mayalandırma üzrə baytar həkim
Əmək funksiyaları:
-Mayalanma vaxtı çatmış heyvanları qrupa ayırmalıdır.
-Mayalandırma prosesini düzgun icra etməlidir.
-Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmalıdır.
-Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
-Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
-Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
-Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.
Tələblər:
-Baytarlıq sahəsi üzrə ali təhsil
-Mayalanma sahəsində 2 il iş təcrübəsi
-Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00- 18:00 (altıgünlük iş həftəsi)
İş yeri: Qəbələ rayonu, Ovcullu kəndi.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər cv-lərini elektron ünvanına [email protected] mövzu yerində “Süni mayalandırma üzrə baytar həkim” qeyd etməklə göndərə bilərlər.
Elanın bitmə tarixi- 9 yanvar 2023
Vakansiyalar
- 23 saat, 56 dəq
- 2 gün, 51 dəq
- 2 gün, 1 saat, 5 dəq
- 2 gün, 19 saat, 28 dəq
- 2 gün, 19 saat, 33 dəq