Qəbələ Aqropark süni mayalandırma üzrə baytar həkim axtarır

İşəgötürən: Qəbələ Aqropark
Vakansiya: Süni mayalandırma üzrə baytar həkim
Son tarix: 27 noyabr 2022
Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.
Əmək funksiyaları:
-Mayalanma vaxtı çatmış heyvanları qrupa ayırmalıdır.
-Mayalandırma prosesini düzgun icra etməlidir.
-Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmalıdır.
-Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
-Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
-Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
-Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.
Tələblər:
-Baytarlıq sahəsi üzrə ali təhsil
-Mayalanma sahəsində 2 il iş təcrübəsi
-Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00- 18:00 (altıgünlük iş həftəsi)
İş yeri: Qəbələ rayonu, Ovcullu kəndi.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Süni mayalandırma üzrə baytar həkim” qeyd etməklə göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 2 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 31 dəq
- 2 ay, 5 gün, 4 saat, 21 dəq
- 2 ay, 5 gün, 4 saat, 24 dəq