İri broyler şirkətinə baş zootexnik tələb olunur

Həkim


İşəgötürən – SƏBA

Vəzifə – Baş zootexnik

İş yeri: Şabran şəhəri.
Şöbə: İstehsalat departamenti, Yetişdirmə xidməti
Hesabat verir: İstehsalat departamentinin direktoruna və bilavasitə İdarə Heyətinin sədrinə
Tabeçilikdə işçi: Var.

İş vaxtı:

-6 günlük iş həftəsi,

-Həftənin bir günü istirahət günü

-İş saatı: 09:00-17:00-dək

Namizədə tələblər:

-Təhsil: kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)

-Zootexniki xidmət sahəsi üzrə iş təcrübəsinin olması (3-5 il)

-Ölkədə və xaricdə broylerin yetişdirilməsi sahəsində mövcud olan qabaqcıl təcrübəni bilməli.

Əsas vəzifə öhdəlikləri:

-Baş zootexnik qarşısına qoyulmuş plan və tapşırıqları vaxtında yerinə yetirməli, texnoloji intizama daimi əməl etməli, məhsuldarlığı, istehsal edilən məhsulun keyfiyyətinə və quşların salamat saxlanma faizini artırmalı, keyfiyyətli normativ çəkiyə uyğun, sağlam quşların yetişdirilməsinə nail olmalı, istehsal edilən məhsulun səmərəliliyini artırmalı.

-Qabaqcıl təcrübənin və elmin yeni nəaliyyətləri əsasında quşçuluqda yüksək məhsuldar cinslərdən, maşın, avadanlıq, yem, əmək, material və maliyyə ehtiyatlarından istifadə edilməsini təmin etməli.

-Quşçuluqda texnoloji proseslərin təkmilləşdirilməsi, quşların qəbulu və saxlanmasında proqressiv üsullardan, yemləmədən, məhsulun artırıması, quşların salamat saxlanması, keyfiyyətin yaxşılaşdırılması, əməyin məhsuldarlığının və rentabelliyinin artırılması, məhsulun maya dəyərinin aşağı salınması üçün tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməli.

-Quşların yüksək keyfiyyətli yemlərlə təmin edilməsi, yemlərin saxlanması, hazırlanması, eləcədə onlardan səmərəli istifadə edilməsinə dair tədbirlər hazırlamalı.

-İstehsal və iqtisadi göstəricilərin inkişaf etdirilməsinə dair cari və perespektiv planların hazırlanmasında iştirak etməli.

-Quşçuluğa dair bütün işlərin təşkilində, materialların istifadəsində və quşlara qulluq edilməsi normalarından, istehsal və idarəetmə, əməyin təşkilinin proqressiv formalarının tətbiqində iştirak etməli.

-Baytar-sanitar, proflaktiki və müalicəvi tədbirlərinin hazırlanmasında, onların aparılması prosesində iştirak etməli.

-Quşların quş damlarına qəbul edilməsinə dair planın hazırlanmasında iştirak etməli.

-Quşların saxlanmasına, yemləndirilməsinə dair hesabatların aparılmasını təşkil edir.

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərinizi elektron ünvanına [email protected] , mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

CV-lərin təqdim edilməsi üçün son tarix: 10.12.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]