Klinikaya “Anestezioloq-reanimatoloq” axtarılır – MAAŞ 3000 MANATADƏK
MediClub klinikasına Anestezioloq-reanimatoloq tələb olunur
Əmək funksiyası:
– Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
– Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
– Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
– Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.
Bilməlidir:
– Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
– öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
– öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
– tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.
Vəzifəyə qoyulan tələblər:
– Ali təhsil;
– Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
– Dil bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
– İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
– Növbəli iş rejimi ;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 4 saat, 27 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 5 saat, 23 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 2 saat, 5 dəq
- 3 gün, 2 saat, 8 dəq
- 3 gün, 2 saat, 44 dəq