Holding regionlar üçün baş anbardar, qeydiyyatçı, feldşer (həkim), axtarır

“Azərsun Holding” regionlar üçün aşağıdakı vəzifələr üzrə vakansiyalarelan edib.
-Baş anbardar (İmişli)
1. Vakansiya: Baş anbardar İmişli
Tələblər:
– Ali təhsilli olması;
– Riyazi biliyinin yüksək olması;
– MS Office və Unity proqramlarını bilməsi;
– 3 il anbar sahəsində təcrübə olması;
– Diqqətli və məsuliyyətli olması.
İş haqqında məlumat:
– Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
– Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
– İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
– Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək;
– Maşınlardan anbara boşaldılan məhsulların çeşidi və miqdarı ilə bağlı anbardarlardan mütəmadi məlumat almaq;
– Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
– Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək;
– Anbarda işləyən heyətin işini nizamlamaq;
– Günün sonunda satışdan qayıdan maşınlara malların sürətli və dəqiq şəkildə yüklənməsinə nəzarət etmək;
– Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
– FİFO prinsiplərinə riayət edilməsini təşkil etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Baş anbardar İmişli” qeyd edərək göndərə bilər və ya portaldan qeydiyyatdan keçərək müraciət edə bilərlər.
İş şərtləri:
İş qrafiki I-V günlər 09:00-18:00
Ünvan:
İmişli rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
2. Vakansiya:Qeydiyyatçı (İmişli)
Tələblər:
– Ali təhsilli olması;
– Anbar sahəsi üzrə təcrübəsinin olması arzuolunandır;
– MS Office və anbar proqramlarını bilməsi;
– Diqqətli və məsuliyyətli olması.
İş haqqında:
– İstehsalat anbarında olan əməliyyatların düzgün formada həyata keçirilməsi;
– İstehsala girən xammalın və istehsaldan çıxan hazır məhsulların qeydiyyatının aparılması;
– Dövri anbar sayımlarına qatılmaq;
– Zədələnmiş və son istifadə tarixi keçmiş məhsulların qeydiyyata alınması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya portaldan qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qeydiyyatçı(İmişli)” qeyd etməyiniz xahiş olunur
İş şərtləri:
5 gün 09:00-18:00
İş yeri:
İmişli
3. Vakansiya: Feldşer (Həkim)
Tələblər:
-Tibb sahəsi üzrə ali təhsilli olmalı;
– Müvafiq sahədə minimal 1 illik iş təcrübəsi olmalı;
– Microsoft Office proqramları ilə işləyə bilməli;
-İlkin tibbi yardım qaydalarını bilməli;
– Xəstəxanaların ixtisaslaşması barədə məlumatlı olmalı;
– İşçi sağlığı əsasnəməsini bilməli;
-AR Səhiyyə Nazirliyinin aidiyyatlı əmrləri barədə məlumatı olmalı.
-İmişli rayonunda yaşayan namizədlərə üstünlük veriləcəkdir.
İş Haqqında məlumat:
– Xəstələrə tam həcmdə ilk həkim yardımı göstərməsi;
– İlk həkim yardımından sonra xəstənin xəstəxanaya göndərmək və ya ehtiyac olan zaman müşayiət edilməsi;
-Cərrahi əməliyyatdan sonra tibb məntəqəsinə müraciət edən işçilərin sarğılarının dəyişdirilməsi;
– Cərrahi tikişlərin sökülməsi;
– Xəstəlik vərəqələrinin yoxlanılması;
– Hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Feldşer(həkim)” qeyd edərək göndərə bilər və ya portaldan qeydiyyatdan keçərək müraciət edə bilərlər
İş şərtləri:
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
İmişli rayonu
Azerbaycan Şeker İstehsalat Birliyi
4. Vakansiya:Qeydiyyatçı (Kürdəmir)
Tələblər:
– Ali təhsilli olması;
– Anbar sahəsi üzrə təcrübəsinin olması arzuolunandır;
– MS Office və anbar proqramlarını bilməsi;
– Diqqətli və məsuliyyətli olması.
İş haqqında:
– İstehsalat anbarında olan əməliyyatların düzgün formada həyata keçirilməsi;
– İstehsala girən xammalın və istehsaldan çıxan hazır məhsulların qeydiyyatının aparılması;
– Dövri anbar sayımlarına qatılmaq;
– Zədələnmiş və son istifadə tarixi keçmiş məhsulların qeydiyyata alınması;
-Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya portaldan qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
-Email-in mövzu hissəsində “Qeydiyyatçı(Kürdəmir)” qeyd etməyiniz xahiş olunur
İş şərtləri:
5 gün 09:00-18:00
İş yeri:
Kürdəmir
Vakansiyalar
-
2 gün, 9 saat, 40 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 39 dəq
-
2 gün, 12 saat, 40 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 43 dəq
- 2 gün, 12 saat, 45 dəq