Ateshgah Sigorta tibbi yardımın təşkili şöbəsinin həkim-koordinatoru axtarır

Həkim


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Tibbi yardımın təşkili şöbəsinin həkim-koordinatoru

Son tarix: 26 noyabr 2022

Namizədə tələblər:

-Yaş: 23-35 

-Təhsil: Ali, tibb təhsili mütləqdir

-İş təcrübəsi: arzuolunandır 

-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), Ingilis dili (yaxşı) 

Əsas vəzifə öhdəlikləri:

-Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək

-Sığortalı müştərilər üçün tibbi yardımın təşkili

-Tibbi və sığorta sənədləşdirilməsinin aparılması

-Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək

-Hesabatlar tərtib etmək

-Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər: 

-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı

-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır 

-Əmək haqqı: 670 azn – 1013 azn (gross məbləğ, net, namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər)

-Şirkət tərəfindən nahar

-Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

-Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd  edərək göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]